Türkiyə millisi Tokio-2020-yə lisenziya qazandı

Türkiyə millisi Tokio-2020-yə lisenziya qazandı
  13 Yanvar 2020    Oxunub:3042
2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçular arasında Avropa təsnifat turnirinin qalibi məlum olub.
Azvision.az xəbər verir ki, Niderlandın Apeldorn şəhərində keçirilən final oyununda Türkiyə və Almaniya milliləri qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş Türkiyə yığmasının rəqib üzərində 3:0 (25:17, 25:19, 25:22) hesablı qələbəsi ilə başa çatıb. Bununla da Türkiyə millisi Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Azvision.az



Teqlər: Türkiyə   Final   Almaniya   Olimpiada  





Xəbər lenti