HƏMAS: "Vasitəçilərlə danışıqlar aparırıq"

      HƏMAS:    "Vasitəçilərlə danışıqlar aparırıq"
  18 Mart 2025    Oxunub:602
İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağını yenidən bombalamağa başlaması fonunda Fələstinin HƏMAS qruplaşması "təcavüzünü cilovlamaq üçün" vasitəçi ölkələrlə (ABŞ, Qətər, Misir) danışıqlara başladığını bildirib.
Qruplaşmanın adı çəkilməyən nümayəndəsi "Agence France-Presse" xəbər agentliyinə verdiyi açıqlamada "HƏMAS-ın atəşkəsə sadiq qaldığını" diqqətə çatdırıb.

"Atəşkəs sazişinin şərtlərini dəqiqliklə yerinə yetirsək də, İsrail öz öhdəliyindən boyun qaçırıb, müharibəni yenidən başlatdı. Hazırda müqavimət qrupları ilə birgə vəziyyəti qiymətləndirmək, təcavüzün qarşısını almaq məqsədilə vasitəçilərlə əlaqə saxlayırıq", - o deyib.
BMT: "Qəzzanın bombalanması insafsızlıqdır"

Xatırladaq ki, İsrail Ordusu bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb. Aviazərbələr nəticəsində 300-dən artıq mülki vətəndaş həyatını itirib. Eyni zamanda, Fələstinin HƏMAS qruplaşmasının bir sıra ali nümayəndəsi: "Baş naziri", "daxili işlər naziri" və başqaları zərərsizləşdiriliblər. HƏMAS İsrailin zərbələrinə qarşı hələlik cavab verməyib. Digər tərəfdən, BMT-nin Təhlükəsizlik Şurası vəziyyətin müzakirəsi ilə əlaqədar bu gün xüsusi iclas keçirəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   İsrail   müharibə  





Xəbər lenti