İrəvan "Gombul Rüstəm"i yenidən həbsə atdı

   İrəvan "Gombul Rüstəm"i yenidən həbsə atdı
  18 Mart 2025    Oxunub:590
Məşhur kriminal avtoritet Rüstəm Stepanyan (Gombul Rüstəm) digər avtoritet, “Faz” ləqəbli Sergey Qriqoryanın qətli ilə bağlı həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Ermənistanda qanuni oğru həbs edildi - VİDEO
Qeyd edilib ki, fevral ayının sonunda məhkəmə Stepanyanı həbsdən azad edib. Lakin prokurorluq bu qərardan apellyasiya şikayəti verib. Nəticədə Apellyasiya Məhkəməsi yenidən həbs qərarı çıxarıb.

Stepanyanla yanaşı, onun şəriyi olduğu ehtimal edilən Aşot Kureqyan da həbs edilib.

Xatırladaq ki, qalmaqallı qətl hadisəsi 2024-cü il iyunun 11-də İrəvanın Ajapnyak rayonunda baş verib. Polis forması geyinmiş qatillər Qriqoryana məxsus “Toyota Land Cruiser” markalı avtomobili atəşə tutmuşdular. Onlar sonradan paltarlarını dəyişərək yol boyu silahlarını atıb gizlənmişdilər. Qatillər insidentdən bir neçə saat sonra sərhədi keçərək Rusiyaya qaçıblar. İstintaq Komitəsinin məlumatına görə, qətli Stepanyan və adı açıqlanmayan digər şəxs təşkil edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs  





Xəbər lenti