Türkiyədə futbol klubu zəlzələyə görə dağılır

Türkiyədə futbol klubu zəlzələyə görə dağılır
  29 Yanvar 2020    Oxunub:2692
Türkiyənin 2-ci liqasında mübarizə aparan "Elazığspor" klubu fəaliyyətini dayandıracaq.
Azvision.az xəbər verir ki, bu barədə klub prezidenti Selçuk Öztürk bildirib. O, klubun dağılması ilə bağlı qərarı Elazığda baş vermiş zəlzələ ilə əlaqələndirib.

Zəlzələ nəticəsində klubun bazasında çatların yarandığını deyən klub rəhbərinin sözlərinə görə, kənardan gələn futbolçular komandadan getmək istəyirlər: "Belə durumda oyunlara çıxa bilmərik. Ad haqqını qorumaq şərti ilə çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyik".

Qeyd edək ki, "Elazığspor" futbol klubu 1967-ci ildə yaradılıb. Klub indiyədək ölkə çempionatında bir çox uğurlara imza atıb.

Azvision.az



Teqlər: Türkiyə   Futbol   Klub   Zəlzələ  





Xəbər lenti