Riçard Almeydanın yeni klubu məlum oldu

Riçard Almeydanın yeni klubu məlum oldu
  22 Yanvar 2020    Oxunub:2689
"Qarabağ" komandasından ayrılan Riçard Almeydanın yeni klubu məlum olub.
Azvision.az xəbər verir ki, Azərbaycan millisinin üzvü karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb.

Azvision.az



Teqlər: RiçardAlmeyda  





Xəbər lenti