"Qəbələ" Macarıstan komandasına uduzdu

  14 Yanvar 2020    Oxunub : 2697
"Qəbələ" Macarıstan komandasına uduzdu
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" komandası bu gün ilk yoxlama oyununu keçirib.
Azvision.az xəbər verir ki, "Qəbələ"nin rəqibi Macarıstan MTK-sı olub. Qarşılaşma MTK-nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib hər 3 qolu ikinci hissədə vurub.

Azvision.az

Teqlər: Qəbələ