“Mançester Siti”dən 6 qolluq darmadağın

“Mançester Siti”dən 6 qolluq darmadağın
  13 Yanvar 2020    Oxunub:2928
Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turun oyunları başa çatıb.
Azvision.az xəbər verir ki, çempionluğa iddialı olan “Mançester Siti” klubu səfərdə “Aston Villa” ilə qarşılaşıb. Maraqlı epizodlarla yadda qalan görüş “şəhərlilər”in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçında “Bornmut” öz meydanında “Uotford”a 3 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, bugünkü qələbədən sonra xallarının sayını 47-yə çatdıran “Mançester Siti” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Uotford” isə 22 xalla 17-cı sıradadır.

Azvision.az



Teqlər: “MançesterSiti”   İngiltərə   Premyer-Liqa  





Xəbər lenti