Gədəbəydə sərnişin avtobusu aşdı - Ölən və yaralılar var

Gədəbəydə sərnişin avtobusu aşdı - Ölən və yaralılar var
  27 Noyabr 2016    Oxunub:1893
Gədəbəydə ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə rayonun Dəyə Qarabulaq kəndinə gedən yolda qeydə alınıb.

Rayon mərkəzindən kənd istiqamətində hərəkət edən “KAvZ” markalı avtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtobusun sürücüsü 1966-cı il təvəllüdlü Vüqar Alıməmmədov hadisə yerində ölüb. Maşında olan sərnişinlərdən 5 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər:





Xəbər lenti