Nyu-Dehli: "ABŞ-nin hökmranlığının sonu çatıb "
“ABŞ-nin Soyuq Müharibə bitdikdən sonra başlayan hökmranlığı indi faktiki olaraq sona çatıb. ABŞ dünyanın aparıcı gücü olaraq qalır. Amma demək olar ki, bir sıra səbəblərə görə növbəti güclər qrupu ilə ABŞ arasında boşluq əvvəlkindən xeyli azalıb. Bundan əlavə, ABŞ-nin özü də dünyaya münasibətində mövqeyini dəyişib”, - Hindistanın Xarici İşlər naziri nazir deyib.
Cayşankar bildirib ki, sürətlə dəyişçən dünyada aparıcı ölkələrin də siyahısı dəyişir və Hindistan da bu dəyişikliklərin bir hissəsidir. Belə ki, iqtisadi inkişaf reytinqinə görə 10 il əvvəl 10-cu sırada dayanan Hindisatn indi 5-ci yeri tutur və 3-cü yerə yüksəlmək iddiasındadır.
Qeyd edək ki, son illər tətbiq olunan sanksiyalardan məharətlə yayınan Hindistan şirkətləri Rusiya neftinin alıçını misilsiz dərəcədə artırıblar ki, bu da kollektiv Qərbin ciddi narazılığına səbəb olur. Lakin Vaşşinqtonun bütün səylərinə baxmayaraq, Moskva ilə BRİKS təşkilatında müttəfiq olan Nyu-Dehli Rusiyaya qarşı sərt sanksiyalara qoşulmaq tələbini inkar edir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ hökmranlıq