Türkiyə-Rusiya münasibətlərində hər şey normaldır

   Türkiyə-Rusiya münasibətlərində hər şey normaldır
  07 Mart 2025    Oxunub:958
Rusiya-Türkiyə münasibətlərində dönüş baş verməyib.
AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Xarici Siyasət və Təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç belə deyib.

“Heç bir dönüş yoxdur”, - Akif Kılıç “CNN Türk” telekanalının Moskva ilə Ankara arasında münasibətlərdə soyuqluğun olub-olmaması ilə bağlı sualının cavabında bildirb.

Bundan əlavə, türkiyəli diplomat qeyd edib ki, Rusiya və Türkiyə liderləri arasında “yüksək səviyyədə şəxsi münasibətlər” yaranıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   münasibətlər  





Xəbər lenti