Paris vağzalında bomba tapılıb

   Paris vağzalında bomba tapılıb
  07 Mart 2025    Oxunub:921
Fransanın paytaxtı Paris şəhərinin "Gare du nord" ("Şimal vağzalı") adlı dəmiryolu vağzalına doğru uzanan reyslərin üzərində İkinci Dünya müharibəsi dövrünə aid bomba aşkarlanıb.
Fransa Milli Dəmir Yolu Şirkətinin (SNCF) mətbuat xidmətinin məlumatına görə, partlamamış bomba gecə saatlarında şəhərin şimalındakı Sen-Deni qəsəbəsi ərazisində reyslərə texniki baxış keçirilərkən tapılıb. Qatarların hərəkəti dayandırılıb, "Gare du nord" vağzalına sərnişinlərin girişi məhdudlaşdırılıb.

Bombanın sözügedən əraziyə necə gəlib düşdüyü hələlik naməlumdur. Hazırda Paris polisi onu zərərsizləşdirməyə çalışır.

Məlumat üçün bildirək ki, Parisin şimalında yerləşən "Gare du Nord" vağzalı bütün Fransanın ən işlək dəmiryolu terminalıdır. Vağzal hər gün təqribən 700 min insana xidmət göstərir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   vağzal   bomba  





Xəbər lenti