Ağ Ev: “Zelenski anti-Rusiya düşüncəli məmurları azad etməlidir”

      Ağ Ev:    “Zelenski anti-Rusiya düşüncəli məmurları azad etməlidir”
  07 Mart 2025    Oxunub:903
ABŞ administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskidən Rusiya ilə danışıqların əleyhinə olan məmurların işdən çıxarılmasını tələb edib.
AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” qəzetinin yazdığına görə, Ağ Evdə bunun sülh prosesinin irəliləməsinə kömək edəcəyini düşünürlər.

Bu arada, martın 11-də Ər-Riyadda ABŞ və Ukrayna arasında danışıqların baş tutacağı barədə məlumat yayımlanıb. Amerika nümayəndə heyətinə Dövlət katibi Marko Rubio, Milli Təhlükəsizlik müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff rəhbərlik edəcək. Ukrayna prezident ofisinin rəhbəri Andrey Ermakla təmsil olunacaq.

Vaşinqton nadir torpaq metalları müqaviləsinə dərhal atəşkəs şərtini daxil etmək niyyətindədir. Kiyevin “barışa və Moskva ilə danışıqlara aparan real yol” seçəcəyi halda, Donald Trampın sazişi dəstəkləməyə hazır olduğu vurğulanır.

“Bu əlavə şərtlər Tramp və Zelenskinin buna hazır olduqları barədə açıq bəyanatlarına baxmayaraq, hələ də iqtisadi əməkdaşlıq sazişinin imzalanmamasının əsas səbəbidir”, - öz mənbələrinə istinad edən “Bloomberg” agentliyi bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Zelenski   məmurlar  





Xəbər lenti