Paşinyan partiya yoldaşlarına hədə-qorxu gəlib

Paşinyan partiya yoldaşlarına hədə-qorxu gəlib
  07 Mart 2025    Oxunub:889
Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının Gümrüdəki seçkilərdə məğlub olacağı təqdirdə partiyanın nümayəndələrinə mövqelərini itirəcəyi ilə hədələyib.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Hraparak” qəzetinin yazdığına görə, hakim partiyanın Gümrü strukturunda onların namizədi Sarik Minasyan məğlub olacağı halda, hamının cavab verəcəyi barədə hər kəsə xəbərdarlıq edilib. Çünki bu, Paşinyanın rəhbərlik etdiyi qüvvənin məğlubiyyəti olmayacaq.

“Hakim partiyanın Gümrü strukturunda parçalanma var: Karen Saruxanyan və Sarik Minasyan bir-biri ilə çətinliklə ünsiyyət qurur. “Vətəndaş müqaviləsi”nin əksər üzvləri isə baş nazirin həyat yoldaşı Anna Akopyanın qohumu Vaaqn Mkrtçyanla yola getmirlər”, - qəzet bildirir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Paşinyan   hədə-qorxu  





Xəbər lenti