Gec yatmaq şəkər xəstəliyi yaradır

Gec yatmaq şəkər xəstəliyi yaradır
  09 Mart 2025    Oxunub:777
Çində aparılan yeni tədqiqat yuxu rejimi ilə qlükoza sabitliyi arasında əlaqəni aşkar edib.
Qeyri-adekvat yuxu və gec yuxuya getmək böyüklərdə qan qlükoza səviyyələrinin yüksək olduğunun göstəricisidir. Guangzhou Qidalanma və Sağlamlıq Araşdırması çərçivəsində 46–83 yaş arası 1156 iştirakçının yuxu trayektoriyası və qlükoza dəyişkənliyi izlənilib. Davamlı qlükoza monitorinqi (CGM) cihazlarının 14 günlük məlumatları analiz edilib və dörd yuxu qrupu müəyyən olunub:

∙ Ağır qeyri-adekvat yuxu (4,1–4,7 saat)

∙ Orta dərəcədə qeyri-adekvat yuxu (5,5–6,0 saat)

∙ Mülayim qeyri-kafi yuxu (6,8–7,2 saat)

∙ Adekvat yuxu (8,0–8,4 saat).

CGM nəticələri göstərib ki, ağır qeyri-adekvat yuxu qrupunda olan şəxslər qlisemik dəyişkənlikdə 2,87 faiz, orta gündəlik qlükoza dalğalanmalarında isə 0,06 mmol/L artım nümayiş etdiriblər. Gec yuxuya gedənlərdə bu göstəricilər müvafiq olaraq 1,18% və 0,02 mmol/L artıb.

Tədqiqat nəticələri göstərir ki, yuxu müddətinin kifayət qədər olması və yuxuya erkən getmək qan şəkərinin daha stabil tənzimlənməsinə və diabet riskinin azalmasına kömək edə bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti