İrəvanda saxlanılan etirazçıların sayı 151-ə çatıb

 İrəvanda saxlanılan etirazçıların sayı  151-ə çatıb
  13 May 2024    Oxunub:822
İrəvanda revanşistlərin aksiyasında saxlanılanların sayı 151-ə çatıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İrəvanın mərkəzində aksiyalar: Saxlanılanlar var - Video
Onlar dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılıblar.

Bundan əvvəl Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri və “Vətən üçün Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanda keçirilən mitinqdə bazar ertəsi saat 08:00-dan etibarən kütləvi itaətsizlik aksiyaları elan edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti