Rusiya sərhədçiləri Zəngəzurdakı postlarını tərk edir

   Rusiya sərhədçiləri Zəngəzurdakı postlarını tərk edir
  12 May 2024    Oxunub:1428
Rusiya sərhədçiləri Zəngəzur rayonundakı postlarını tərk etməyə başlayıblar.
Sputnik Ermənistan xəbər verir ki, onlar Gorus və Çakaten arasındakı ərazidə mobil dislokasiya məntəqələrini bağlamağa başlayıblar.
Peskov: Rusiya hərbçilərinin Ermənistandan çıxarılması razılaşdırılıb


Onlar bu ərazidə 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında yerləşmişdilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb.

“Paşinyan şərtlərin dəyişdiyini və artıq belə ehtiyacın olmadığını bildirdi. Ona görə də prezident Putin razılaşdı və bizim hərbçilərin və sərhədçilərimizin geri çağrılması ilə bağlı razılığa gəldilər”, - deyə o bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti