Minimum əməkhaqqı artırıla bilər

   Minimum əməkhaqqı artırıla bilər
  13 May 2024    Oxunub:895
Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlanır.
Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında öz əksini tapıb.

Sənəddə, həmçinin noyabrın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanaraq təqdim edilməsi qeyd olunub. Bundan əlavə minimum əməkhaqqı anlayışında sosial vəziyyətin nəzərə alınması ilə bağlı təkmilləşdirilmənin aparılması nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti