Tramp söz verdi: Tarixi sui-qəsdlərin sənədləri məxfilikdən çıxır |
CNN xatırladıb ki, Fransisk miqrantların müdafiəsinə dair məsələləri öz fəaliyyətinin əsas hissəsinə çevirib. Papa onlara hörmət olunmasını təkid edir və həmin təbəqənin cəmiyyətə inteqrasiya olunmasını vacib sayır: "Bu, həm də şəxsən Fransisk ilə bağlı məsələ, rezonans doğuran bir mövzudur. Papa özünün yeni tərcümeyi-halında nənə və babasının, eləcə də atasının 1927-ci ildə “Mafalda şahzadəsi” gəmisi ilə İtaliyadan Argentinaya getməyi planlaşdırmalarını, miqrasiyadan necə əziyyət çəkmələrini xatırladıb. Hansı ki, gəminin batması xeyli sayda insan itkisi ilə nəticələnmişdi".
Fransisk həmçinin kardinal Robert MakElroyu Vaşinqtonun yeni arxiyepiskopu təyin etməklə Tramp administrasiyasını tənqid etməyə hazır olduğunu göstərdi. MakElroy mühacirlərin kütləvi deportasiyasını "katolik doktrinasına uyğun gəlməyən" addım adlandırması ilə məşhurlaşıb.
Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb. Onun yanvarın 20-də keçirilən andiçmədən sonra təkcə xarici siyasət, diplomatiya ilə bağlı deyil, iqtisadiyyat və daxili siyasətlə bağlı da inqilabi dəyişikliklər edəcəyi gözlənilir. Siyasətçinin əsas hədəflərindən biri qanunsuz miqrasiyas ilə sərt mübarizədir.
Tural Tağıyev
AzVision.az