ABŞ-dən Yəmənə növbəti zərbə: 12 ölü

 ABŞ-dən Yəmənə növbəti zərbə:    12 ölü
  21 Aprel 2025    Oxunub:619
ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları gecə saatlarında Yəmənin paytaxtı Səna şəhərində iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirib.
Bu barədə qruplaşma bəyanat yayıb. Bildirilib ki, hücum nəticəsində azı 12 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb. Husilərin məlumatına görə, aviazərbələr şəhərin Şub məhəlləsindəki bazara tuşlanıb.

ABŞ Mərkəzi Komandanlığı fakt barədə hər hansı şərh verməkdən boyun qaçırıb. Beynəlxalq mətbuat diqqətə çatdırır ki, son hadisə ABŞ hərbi təyyarələrinin Yəmənə qarşı artan hücumlarını daha da şiddətləndirir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Yəmən   münaqişə  





Xəbər lenti