Qəzzalı həkim: "İlk dəfə yaralı gətiriləcəyini gözləmədən rahat yatdıq"

   Qəzzalı həkim:    "İlk dəfə yaralı gətiriləcəyini gözləmədən rahat yatdıq"
  20 Yanvar 2025    Oxunub:353
"Xəstəxananın qəbul və təcili yardım şöbəsini görmək sürreal təəssürat bağışlayır".
Bu sözləri Qəzza zolağındakı "Əl-Əqsa Şəhidləri" Xəstəxanasının həkimi Camal Səlahə "Al Jazeera" xəbər agentliyinə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, "atəşkəs nəticəsində meydana gələn sülh ab-havası inanılmazdır".

"Dünənəcən hər gün xəstəxanaya ağır yaralılar gətirilir, analar biz həkimlərdən kömək istəyirdilər. Gün ərzində neçə yaralını əməliyyat edirdik, hətta bəzən yer çatışmadığı üçün əməliyyatı döşəmədə aparmağa məcbur qalırdıq. Özümüz də yaxşı yata bilmirdik. Dünən isə ilk dəfə rahat yatdıq", - həkim söyləyib.

Eyni zamanda, o diqqətə çatdırıb ki, atəşkəs vəziyyətin normala qayıtması üçün kifayət deyil.

"Hazırda, əlbəttə, vəziyyət xaotikdir. Qalan problemlərin həlli naminə dərman və tibbi ləvazimat ehtiyatı lazımdır", - o bildirib.
İsrail və HƏMAS arasında ilk əsir mübadiləsi baş tutub - VİDEO

Xatırladaq ki, ötən günlərdə İsrail və Fələstinin HƏMAS terror təşkilatı arasında atəşkəs razılaşması baş tutub, Qəzzada hərbi əməliyyatlar dayandırılıb. Bu gün isə atəşkəs çərçivəsində əsir mübadiləsinin ilk mərhələsi həyata keçirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   atəşkəs   xəstəxanalar  





Xəbər lenti