Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib
  18 Yanvar 2025    Oxunub:321
Yanvarın 17-də Azərbaycan Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə vətəndaş qəbulu keçirilib.
AzVision.az xəbər verir ki, Bakı və paytaxt rayonlarından qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan hüquqi problemlərin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər verilib, habelə sədr məsələlərin bir qisminin həlli üçün tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.

Xatırladaq ki, ARVK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya rəhbərliyinin qəbuluna yazılmaq istəyən vətəndaşlar ARVK Aparatına müraciət edə bilərlər.
AzVision.az



Teqlər:





Xəbər lenti