Husilər Qırmızı dənizdə hücumları dayandırıblar

   Husilər Qırmızı dənizdə hücumları dayandırıblar
  20 Yanvar 2025    Oxunub:348
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması Qırmızı dəniz və ətraf sularda İsraillə əlaqəli olmayan gəmilərə zərbə endirməyəcəyini açıqlayıb.
Bu barədə qruplaşmanın Humanitar Əməliyyatları Koordinasiya Mərkəzi bəyanat yayıb. Bildirilir ki, "İsrail və HƏMAS arasında Qəzzada atəşkəs razılaşması üçün belə qərar verilib".

"2023-cü ilin noyabrından bəri gəmilərə qarşı hədəfə aldığımız sanksiyaları dayandırırıq", - bəyanatda deyilir.

Qruplaşma İsrail gəmiləri üçün "sanksiyaları" isə yalnız Qəzza zolağında "atəşkəsin bütün mərhələlərinin tam yerinə yetirilməsi şərti ilə" dayandıracağını diqqətə çatdırıb.
İsrail və HƏMAS arasında ilk əsir mübadiləsi baş tutub - VİDEO

Xatırladaq ki, ötən günlərdə İsrail və Fələstinin HƏMAS terror təşkilatı arasında atəşkəs razılaşması baş tutub. Bu gün isə atəşkəs çərçivəsində əsir mübadiləsinin ilk mərhələsi həyata keçirilib.

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Husilər   bəyanat   Qəzza   atəşkəs  





Xəbər lenti