NYT: “Sövdələmədə Rusiya Ukrayna ərazilərini qaytramayacaq”

      NYT:    “Sövdələmədə Rusiya Ukrayna ərazilərini qaytramayacaq”
  20 Yanvar 2025    Oxunub:372
Müharibə dayandırıldıqdan sonra Rusiya Ukraynada ələ keçirdiyi ərazilərə nəzarəti saxlayacaq.
AzVision.az “The New York Times (NYT)” nəşrinə istinadən xəbər verir ki, bu fikri ABŞ-nin vəzifədən gedən və gələcək prezidentləri Co Bayden və Donald Trampın nümayəndələrinin əksəriyyəti özəl söhbətlərində bildiriblər.

“Rusiya, ehtimal ki, 1953-cü ildə Koreya müharibəsini dayandıran, lakin sona çatdırmayan atəşkəsin bir hissəsi kimi, hazırda işğal etdiyi Ukrayna ərazisinin təxminən 20%-də öz qüvvələrini saxlayacaq. Bununla belə, gələcək təhlükəsizlik zəmanətləri məsələsi hər hansı sazişin daha mürəkkəb hissəsi olacaq və onun konturları dumanlıdır”, - qəzet yazır.

Qəzet atəşkəsin “çox güman ki, Britaniya, Almaniya və Fransa qoşunlarının rəhbərliyi altında” Avropa sülhməramlı qüvvələri tərəfindən təmin oluna biləcəyi variantı xatırladır.

Lakin Co Bayden administrasiyasındakı mənbələr bildirblər ki, burada əsas məsələ ABŞ-nin yeni prezidenti Donald Trampın bu qruplaşmaya kəşfiyyat məlumatı və silah vermək istəyi, habelə Ukraynanın Rusiya sərhəddinə zərbələr endirməsinə icazənin saxlanması olacaq.

- Tramp bu icazəni ləğv edə biləcəyinə eyham vurdu, lakin bunu açıq demədi. Onun vitse-prezidenti Cey Di Vens isə Amerikanın Kiyevə davamlı hərbi dəstəyini əsas tənqid edənlərdən biri idi”, - nəşr yazır.

Mənbələrin ötürdüyü məlumata əsasən, Kreml “daha böyük sövdələşmə - ABŞ-nin öz qoşunlarını və silahlarını Avropadan çıxaracağını ehtiva edən sövdələmə istəyir. Tramp isə bu məsələ ilə bağlı susur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna   sövdələşmə  





Xəbər lenti