Qeyd edək ki, videoplatformadan 170 milyon amerikalı istifadə edirdi.

Qadağa təkcə “TikTok”a yox, “ByteDance” şirkətinin digər applikasiyalarına da aiddir. “Apple” şirkəti artıq onların hamısını özünün onlayn "mağaza"sından – “App Store”dan sildiyini bəyan edib. Siyahıya “TikTok”, “TikTok Studio”, “TikTok Shop Seller Center”, “CapCut”, “Lemon8”, “Hypic”, “Lark — Team Collaboration”, “Lark — Rooms Display”, “Lark Rooms Controller”, “Gauth: AI Study Companion” və “Marvel Snap” applikasiyaları daxildir. ABŞ-da yaşayan şəxslər artıq onlardan istifadə edə bilməyəcəklər.
Samir Quliyev
AzVision.az