Tramp söz verdi: Tarixi sui-qəsdlərin sənədləri məxfilikdən çıxır

      Tramp söz verdi:    Tarixi sui-qəsdlərin sənədləri məxfilikdən çıxır
  20 Yanvar 2025    Oxunub:410
Amerika Birləşmiş Ştatlarının(ABŞ) yeni seçilmiş prezidenti Donald Tramp komandasının 35-ci prezident Con Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı sənədləri məxfilikdən çıxaracağını vəd edib.
Bu fikirlər "CNN"in saytında yayılan məqalədəndir. Telekanalın məlumatına görə, o, bununla bağlı müvafiq bəyanatı Vaşinqtonun mərkəzindəki "Capitol One" Arenada çıxışı zamanı verib.

Con Kennedinin qətli ilə bağlı 2891 məxfi sənəd dərc edildi
Siyasətçi birinci prezidentliyi dövründə Kennedinin qətli ilə bağlı xüsusi qeydlərin tam paketini ictimailəşdirməyib. Hansı ki, bunu milli təhlükəsizlik orqanları da tələb ediblər.

“Yaxın günlərdə biz prezident Con Kennedinin, onun qardaşı Robert Kennedinin, doktor Martin Lüter Kinqin qətli ilə bağlı qeydləri və ictimaiyyətin böyük marağına səbəb olan digər mövzuları açıqlamağı planlaşdırırıq”, - ABŞ lideri deyib.

Xatırladaq ki, Tramp seçkilərdə qalib gələndən sonra komandasını formalaşdırarkən seçdiyi yeni nazirlər arasında surpriz adlar var idi. Bunlardan biri də Səhiyyə və Sosial Xidmət məsələləri üzrə yeni nazir kiçik Robert Kennedidir. Kennedilər nəslinin davamçısı olan Robert ABŞ-nin keçmiş baş prokuroru Robert Frensis Kennedinin oğludur. O, 1968-ci ilin iyununda aldığı güllə yarasından ölüb.

Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb. Onun yanvarın 20-də keçirilən andiçmədən sonra təkcə xarici siyasət, diplomatiya ilə bağlı deyil, iqtisadiyyat və daxili siyasətlə bağlı da inqilabi dəyişikliklər edəcəyi gözlənilir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Kennedi   ABŞ  





Xəbər lenti