İlon Mask Los-Anceles merini istefaya çağırıb

İlon Mask Los-Anceles merini istefaya çağırıb
  18 Yanvar 2025    Oxunub:386
Los-Anceles meriyası şəhərdə tüğyan edən yanğınlar fonunda insanlara kömək etmək əvəzinə, siyasəti ön plana çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Maskın “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

Maskın fikrincə, şəhər meri Karen Bass şəhərdə kommunikasiyaların bərpasında mümkün köməkdən imtina edib və buna görə də istefa verməlidir.

“Daily Mail” qəzetinin məlumatına görə, şəhərdəki yanğınlar başlamazdan bir həftə əvvəl, Bass yanğınsöndürənlər üçün büdcəni 49 milyon dollar azaltmaq tələbini irəli sürmüşdü və bu, 16 yanğınsöndürmə stansiyasının bağlanmasını nəzərdə tuturdu.

Qeyd edək ki, yanvarın 7-də Los-Ancelesdə meşə yanğınları başlayıb. Yanğınlar 16 min hektardan çox ərazini əhatə edib, minlərlə bina, o cümlədən bir çox Hollivud ulduzlarının evləri yanıb. Təxminən 180 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb, 27 nəfər həlak olub, 18 nəfər isə hələ də itkin düşmüş sayılır. İqtisadi zərər 250 milyard dolları keçib.

AzVision.az



Teqlər:





Xəbər lenti