“Aİ daxilindəki siyasi və iqtisadi çətinliklər təzyiqi daha da artırır. Fransa artan büdcə kəsiri ilə üzləşir, Almaniya iqtisadiyyatında isə artıq ikinci ildir ki, ÜDM-də azalma müşahidə olunur. Qlobal iqtisadi gərginlik şəraitində isə hətta Avropanın ən güclüləri də sağ qala bilməz”, - qəzet yazır.
Avropa liderləri qorxurlar ki, Çinlə əməkdaşlıq etməmək, xüsusən də Vaşinqton və Pekin qəflətən razılığa gəlsə, qitəni “sarsıntılı vəziyyətə” sala bilər.
- Buna görə də Çinlə bağlı çox ehtiyatlı davranmalıyıq”, - lobbiçilik üzrə məşhur “BusinessEurope” qrupunun baş direktorunun müavini Luiza Santos vurğulayıb.
“Politico” həmçinin vurğulayır ki, ABŞ və Çin tarixən Aİ-yə əlavə təzyiq göstərən “parçala və hökm sür” strategiyasını tətbiq ediblər.
“Amerikalılar heç vaxt Avropa İttifaqının böyük pərəstişkarı olmayıblar. Bu çətinliklərin öhdəsindən gəlmək üçün blok daxilində daha çox birləşmə lazımdır”, - Aİ-nin adı çəkilməyən məmurlarından biri iddia edib.
Avropa Trampın planlarına cavab verəcək |
“Wall Street Journal (WSJ)” nəşri, öz növbəsində, yeni tariflərin qlobal ticarət sistemini sarsıtmaq və Amerika iqtisadiyyatının əsas sektorlarına, o cümlədən avtomobil sənayesinə ciddi ziyan vurmaq təhlükəsi yaratdığını və Çin üçün beynəlxalq bazarlarda yeni imkanlar açdığını diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az