Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"

 Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər    - "Washington Post"
  20 Yanvar 2025    Oxunub:417
Rusiya qoşunlarına qoşularaq Ukraynaya qarşı döyüşən Şimali Koreya ordusunun hərbçiləri rus piyadalarından daha yüksək motivasiyalıdırlar. Onlar daha mütəşəkkildirlər, güclü təlim keçiblər və ruslardan yaxşı təchiz olunublar.
Bu fikirlər "Washington Post"da dərc olunan məqalədəndir.

Müəllif yazır ki, bu faktları Ukrayna hərbçilərinin danışdığı hadisələr və Kurskda KXDR əsgərlərinin ölümündən sonra tapılan əşyalar və xüsusi qeydlər sübut edir.

3 aya 12 min KXDR əsgəri məhv olacaq - "Müharibə Araşdrımaları İnstitutu"
Ukrayna xüsusi təyinatlıları nəşrin jurnalistinə Şimali Koreya hərbçilərinə məxsus və döyüş meydanında tapılan səs yazılarını və əşyaları göstəriblər. Asiyalıların əşyaları arasında xüsusən də Yeni il məktubları diqqət çəkib. Məktubun müəllifi çox güman ki, Şimali Koreya lideri Kim Çen In imiş. Tapılan əşyalar arasında gülləkeçirməz jiletlər, xüsusi avadanlıqlar, ilk tibbi yardım dəstləri, hərbi biletlər, kürək, Ukrayna istehsalı olan bıçaq və iki müasir rus avtomatı da olub.

Qeyd olunub ki, aşkar edilmiş döyüş qeydlərində rusların əməliyyatlar zamanı ukraynalıları əsir götürmək üçün KXDR-li əsgərləri necə hazırlamaları da yer alıb.

"Şimali Koreyalıların üzərində tapılan əşyalar arasında özündə Kim Çen Inın 31 dekabr və 1 yanvar tarixli müraciətlərini ehtiva edən, əl ilə yazılmış iki sənəd də var. Döyüşçülərin bu məktubları haradan aldıqları məlum deyil. Ola bilsin ki, onlar Pxenyandan xüsusi olaraq bu qoşunlara göndərilib", - müəllif yazıb.

Qeyd edək ki, KXDR hərbçilərinin Rusiya qoşunları ilə birgə döyüşlərə qatılması haqqında xəbərlər ötən ildən yayılır. Bir neçə gün öncə isə iki əsgərin əsir düşməsi bu məlumatların doğruluğunu təsdiqləmiş oldu. Bundan əvvəl Ağ Ev KXDR hərbçilərinin Kurskdakı itkilərini şərh edib. Ağ Evin müşaviri Con Kirbi bildirib ki, Rusiya bu döyüşçüləri daha çox meyit torbaları ilə təmin etməlidir. Çünki itkilər get-gedə artacaq.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   KXDR   Əsgər   Döyüş   Rusiya  





Xəbər lenti