Revanşistlərin parlamentdə növbəti Qarabağ təxribatı - VİDEO

 Revanşistlərin parlamentdə növbəti Qarabağ təxribatı    - VİDEO
  20 Yanvar 2025    Oxunub:403
Ermənistan parlamentində qalmaqal yaşanıb. "24 News" nəşrinin yaydığı məlumata görə, revanşistlər qanunverici orqanda Azərbaycan ərazisinə iddialarından əl çəkməyəcəklərini göstərməyə çalışıblar.
"Bir müddət əvvəl müxalifətçi deputat Anna Mkrtçyan Milli Assambleyada etiraz aksiyası keçirib. O, Milli Assambleyadan asılmış Ermənistan Respublikasının yeni xəritəsinə etiraz edib.

Ermənistan parlamentində əlbəyaxa dava - VİDEO
Siyasətçi tribunaya Ermənistan və "Artsax"ın (Ermənilərin Azərbaycanın tarixi Qarabağ bölgəsinə verdikləri qondarma ad-red.) birgə xəritəsini yapışdırıb. Lakin bir neçə dəqiqə sonra həmin xəritə Milli Assambleyanın təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən qoparılıb", - nəşr yazıb.

Qeyd edək ki, Ermənistan parlamentinin bu gün keçirilən növbəti iclası siyasi qalmaqal və narazılıqlarla başlayıb. Buna səbəb spikerin arxasında, Milli Assambleyanın divarında Ermənistanın real xəritəsinin vurulması olub. Xəritədə İrəvanın uzun illər iddia etdiyi Azərbaycan əraziləri əks olunmayıb. Buna etiraz edən revanşist və radikal deputatlar hakimiyyəti Qarabağ iddialarından əl çəkməyə görə qınayıblar.

Müxalifəti təmsil edən Arçvik Minasyan da 44 günlük müharibədən dərs almadığını nümayiş etdirib: “Böyük bir inkar prosesi davam edir. Bu adamlar "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğunu tamamilə inkar edirlər”.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament   Qalmaqal  





Xəbər lenti