ABŞ hökuməti Livan Silahlı Qüvvələrinə 117 milyon dollar vəd edib

ABŞ hökuməti Livan Silahlı Qüvvələrinə 117 milyon dollar vəd edib
  18 Yanvar 2025    Oxunub:354
ABŞ Dövlət Departamenti Livan Silahlı Qüvvələrinə (LAF) 117 milyon dollar dəstək vəd edib.
AzVision.az xəbər verir ki bu barədə ABŞ Dövlət Departamentinin məlumatında qeyd edilib.

Bildirilib ki, maliyyə Livanın Hizbullah üzərində suverenliyini təsdiq etmək, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirmək üçün Livan Silahlı Qüvvələrinə və Daxili Təhlükəsizlik Qüvvələrinə genişlənmiş təhlükəsizlik yardımına yönəldiləcək.


Teqlər:





Xəbər lenti