Qol güləşçimiz Avropa Çempionu olub - Foto

   Qol güləşçimiz Avropa Çempionu olub -    Foto
  12 May 2024    Oxunub:832
Azərbaycanlı qol güləşçisi, super ağır çəki dərəcəsində güləşən idmançı Tərxan Müzəffərov Slovakiyada keçirilən 33-cü Avropa Çempionatının qızıl medalını qazanıb.
“Report” xəbər verir ki, Tərxan Müzəffərov İtaliya, Gürcüstan, Ukrayna, Macarıstan və Bolqarıstandan olan bütün peşəkar, güclü rəqiblərini məğlub edərək birinci yerin sahibi olub.

Qeyd edək ki, qol güləşi üzrə 2014-cü ildən super ağır çəki dərəcəsində Azərbaycan heç bir medal qazanmırdı. Tərxan Müzəffərovun bu çəkidə qızıl medal qazanması ilə son 10 ildə super ağır çəkidə Azərbaycana gətirilən ilk nəticə və medal olub.



AzVision.az


Teqlər:





Xəbər lenti