"Mirzoyan-Bayramov danışıqlarını alqışlayırıq" - Fransa XİN

   "Mirzoyan-Bayramov danışıqlarını alqışlayırıq" -    Fransa XİN
  12 May 2024    Oxunub:1523
Fransa mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundunun keçirilməsini alqışlayır.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mayın 12-də dərc olunmuş bəyanatında deyilir.

“Fransa 7 oktyabr 2022-ci ildə Praqada keçirilən dördtərəfli görüş çərçivəsində tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsinə, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına sadiqliklərini təsdiqləmələrinin vacibliyini vurğulayır” ,-bəyanatda qeyd olunur.

Bununla əlaqədar, Paris razılaşdırılmış prinsiplər əsasında sərhədlərin delimitasiyasını davam etdirməyə çağırır.

Eyni zamanda, Paris tərəfləri sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır.

“Biz Qazaxıstanın bu danışıqları asanlaşdırmaq təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması naminə öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək”, - Fransa XİN bildirir.

Mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar baş tutub. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti