Paşinyan Danimarkaya gedib

Paşinyan Danimarkaya gedib
  13 May 2024    Oxunub:882
Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkaya işgüzar səfərə yollanıb.
AzVision.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan "Facebook" hesabında bildirib.

Məlumata görə, Paşinyan sabah Kopenhagen Demokratiya Sammitinə qoşulacaq və "Ermənistanın demokratiyanı müdafiəsi” mövzusunda müzakirələr aparacaq.

Səfər çərçivəsində həmçinin danimarkalı həmkarı xanım Mette Frederiksen, Danimarka parlamentinin sədri Sören Qade, sammitin təsisçisi və "Rasmussen Global" beynəlxalq siyasi məsləhət təşkilatının təsisçisi Anders Foq Rasmussen ilə görüşlər nəzərdə tutulub.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan   Danimarka  





Xəbər lenti