Lənkəranda yenidən zəlzələ baş verib - YENİLƏNİB

   Lənkəranda yenidən zəlzələ baş verib -  YENİLƏNİB
  11 May 2024    Oxunub:1701
Lənkəran rayonu ərazisində ikinci dəfə zəlzələ meydana gəlib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

* * *

19:16
Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşoklar qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir.

* * *

18:52
Zəlzələ episentrdə 6 bal, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss edilib.
AzVision.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.

* * *

17:30
Cənub bölgəsində - Talış dağlıq zonasında zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən xəbərə görə, yerli vaxtda saat 17.23-də Talış Dağlıq zonasında, Lənkəran rayonu ərazisində 5,2 maqnitudalı zəlzələ meydana gəlib.

Bildirilir ki, təqribən 10 saniyə çəkən zəlzələ hiss edilib.

Yerli vaxtla 17:22-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb.

AzVision.az


Teqlər: hadisə   zəlzələ  





Xəbər lenti