Sabah bu ərazilərdə su kəsiləcək

Sabah bu ərazilərdə su kəsiləcək
  13 May 2024    Oxunub:771
14-16 may tarixlərində Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar kəmərin marşrutu boyu yerləşən və bu xətdən qidalanan kəndlərə, eləcə də Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq.
Dövlət Su Ehtiyatları Agentliyindən AzVision.az -a bildirilib ki, Abşeron, Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazisində də suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq.

Bu müddətdə Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan və şəbəkəyə ötürülən suyun həcmi artırılacaq.

AzVision.az


Teqlər: su   məhdudiyyət  





Xəbər lenti