Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq

   Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq
  13 May 2024    Oxunub:1144
Qarabağ Universitetinə qəbul planı təsdiqlənib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq:

"Təhsil ödənişsiz olacaq və tələbələr yataqxana ilə təmin olunacaq. Hər bir ixtisas üzrə yüksək bal toplayacaq tələbələrə əlavə təqaüd verilməsi üçün işlər aparılır. Bu universitetə qəbul olacaq hər bir tələbə əlavə kompüterlə də təmin olunacaq.

Sentyabr ayında Qarabağ Universitetində tədrisə başlanılması planlaşdırılır. Universitetin infrastruktur ilə bağlı işlər davam edir. İyun ayının sonunadək yataqxana və tədris binası ilə bağlı əsas işlər yekunlaşacaq. Lakin ümumi işlər avqust ayınadək davam edəcək".


AzVision.az


Teqlər:





Xəbər lenti