Zaxarova: “Eurovision” Qərbi Avropanın dəfn mərasimidir

      Zaxarova:   “Eurovision” Qərbi Avropanın dəfn mərasimidir
  12 May 2024    Oxunub:1307
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova İsveçin Malmö şəhərində keçirilmiş “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın dəfn mərasimi adlandırıb.
“Eurovision 2024 hər hansı bir orgiyanı, eyş-işrət məclisini və ya ritual müqəddəsliyi üstələyib. Qərbi Avropada dəfn mərasimləri həmişəki kimi keçirilir. Heç bir sürpriz yoxdur”, - Mariya Zaxarova Telegram kanalında yazıb.

Qeyd edək ki, 68-ci “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi 591 xalla İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) olub. O, “The Code” mahnısını səsləndirib.

İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri yer alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti