Belqorod atəşə tutuldu: Ölən və yaralananlar var - YENİLƏNİB

   Belqorod atəşə tutuldu:    Ölən və yaralananlar var - YENİLƏNİB
  12 May 2024    Oxunub:1841
Belqorodda yaşayış binasının dağıntıları altından iki nəfərin meyiti tapılıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov isə özünün Telegram kanalında yazıb ki, xilasedicilər dağıntılar altından bir nəfərin cəsədini çıxarıblar. Bundan əvvəl o, iki nəfərin ölüm xəbərini vermişdi.

"Xilasedicilər dağıntılar altından daha bir nəfərin meyitini çıxarıblar. Bu, Ukrayna Silahlı Qüvvələrinin dinc Belqorodda törətdiyi terror aktı nəticəsində həlak olan üçüncü şəxsdir".

Qubernator ümumilikdə 20 nəfərin xəsarət aldığını bildirib.
***
Belqorodda çoxmərtəbəli binanın atəşə tutulması nəticəsində yaralananların sayı 19 nəfərə çatıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, yaralılardan ikisi uşaqdır. Rayon rəhbərinin sözlərinə görə, şəhərdə yenidən raket xəbərdarlığı siqnalı səslənir.

Bundan əvvəl qubernator bildirmişdi ki, Belqorod şəhəri və Belqorod vilayəti Ukrayna Silahlı Qüvvələri tərəfindən kütləvi atəşə tutulub. Mərminin birbaşa yaşayış binasına düşməsi nəticəsində onuncu mərtəbədən birinci mərtəbəyə qədər bütün giriş, çardaq və dam uçub.

Rusiya İstintaq Komitəsi Belqorodun atəşə tutulması ilə bağlı cinayət işinin başlandığını elan edib.












Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti