Belçika Azərbaycan və Ermənistan arasında danışıqları alqışlayıb

Belçika Azərbaycan və Ermənistan arasında danışıqları alqışlayıb
  13 May 2024    Oxunub:1038
Belçika mayın 10-11-də Azərbaycan və Ermənstan XİN rəhbərləri arasında aparılan danışıqların yeni raundunu alqışlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Belçikanın Xarici İşlər, Ticarət və İnkişaf Əməkdaşlığı üzrə Federal Dövlət Xidmətinin bəyanatında bildirilib.

"Mayın 10-11-də Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu - 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadəyə dair razılaşma, habelə sülh sazişi üçün müzakirələrin davamı səylərini alqışlayırıq", - bəyanatda vurğulanır.

Xatırladaq ki, mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların yekununda tərəflər fikir ayrılıqları mövcud məsələlər üzrə danışıqların davamı ilə bağlı razılığa gəliblər.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   danışıqlar   Belçika  





Xəbər lenti