"Etiraz aksiyalarında təxribatlar hazırlanır" - İrakli Kobaxidze

   "Etiraz aksiyalarında təxribatlar hazırlanır" -    İrakli Kobaxidze
  12 May 2024    Oxunub:1132
Mayın 13 və 14-də “xarici agentlər” haqqında qanuna qarşı keçiriləcək etiraz aksiyalarında xaricdən maliyyələşən aqressiv gənclərdən ibarət qrupların zorakılıqlar planlaşdırması ilə bağlı məlumatlara sahibik.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. İ.Kobaxidze radikal müxalifət qruplarının hər bir üzvünə xəbərdarlıq edib.

“Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, radikal müxalifət tərəfindən təşkil edilən və xaricdən maliyyələşən gənclərdən ibarət qruplar sabah və o biri gün Gürcüstan parlamentinə və polisinə qarşı zorakılıq hərəkətləri etməyi planlaşdırırlar”, - Kobaxidze deyib.

Baş nazir zorakılıq planlaşdıran qrupların üzvlərinə xəbərdarlıq edib və bildirib ki, hər kəs qanun qarşısında cavab verəcək. Hökumət başçısı hüquq-mühafizə orqanlarının əməkdaşlarını maksimum səbir göstərməyə çağırıb.

“Mən radikal müxalifət qruplarının hər bir üzvünə xəbərdarlıq etmək istəyirəm. Hər kəs zorakılığa görə qanun qarşısında cavab verəcək.

Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşlarından zorakılıq və təhqirlərə cavab verərkən maksimum səbr nümayiş etdirmələrini və Avropa standartlarından daha yüksək standartlarla hərəkət etmələrini xahiş etmək istərdim”, - Kobaxidze bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti