Blinken elan olunmamış səfərlə Kiyevə gəlib - Foto

   Blinken elan olunmamış səfərlə Kiyevə gəlib -    Foto
  14 May 2024    Oxunub:736
ABŞ dövlət katibi Antoni Blinken gözlənilmədən Kiyevə gedib. Bu, 61 milyard dollarlıq hərbi yardım paketinin qəbulundan sonra ABŞ-ın yüksək səviyyəli rəsmisinin Ukraynaya ilk səfəridir.
“Bu gün mən Kiyevə öz azadlığını Rusiyanın təcavüzündən müdafiə edən Ukraynaya sarsılmaz dəstəyimizi nümayiş etdirmək üçün gəldim", - Blinken X səhifəsində yazıb.

Blinken Ukraynanın baş naziri Denis Şmiqal, daha sonra isə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Associated Press amerikalı rəsmilərə istinadən bildirir ki, Blinken iki günlük səfəri zamanı görüşdüyü Ukrayna rəsmilərinə və vətəndaş cəmiyyəti xadimlərinə güclü etimad siqnalı göndərəcək.

"Blinken Bayden administrasiyasının Ukraynanın müdafiəsi və uzunmüddətli təhlükəsizliyinə sadiqliyini vurğulayacaq", - agentlik yazır.

Rəsmilər agentliyə bildiriblər ki, Bayden aprel ayında Ukraynaya yardım paketini imzaladıqdan sonra administrasiya artıq 1,4 milyard dollar qısamüddətli hərbi yardım və 6 milyard dollarlıq uzunmüddətli dəstək elan edib.

Polşadan Ukraynaya qatarda Blinkenlə birlikdə səyahət edən yüksək rütbəli ABŞ rəsmisi əlavə edib ki, artilleriya, hava hücumundan müdafiə vasitələri və uzaqmənzilli raketlər artıq çatdırılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti