Rusiyalı səfir insultdan dünyasını dəyişdi

   Rusiyalı səfir insultdan dünyasını dəyişdi
  12 May 2024    Oxunub:1082
Rusiyanın Mozambikdəki səfiri Aleksandr Surikov qəflətən dünyasını dəyişib. Ölümün ilkin səbəbi insult keçirməsi göstərilir.
Aleksandr Surikov 2017-ci ildən Rusiyanın Mozambikdəki səfiri kimi fəaliyyət göstərirdi. Bundan əvvəl o, Rusiya Xarici İşlər Nazirliyinin Afrika departamentinin direktor müavini olub. Səfirin 68 yaşı var idi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti