Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış olub

   Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış olub
  12 May 2024    Oxunub:819
Ermənistanın Ararat rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Bu barədə shamshyan.com saytı məlumat yayıb.
Bildirilir ki, partlayış bu gün günorta saatlarında baş verib. Hadisə yerinə iki yanğınsöndürən briqadası gedib.

Partlayışın baş vermə şəraiti və səbəbləri dəqiqləşdirilir. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti