İSV: “Niyə Şoyqunun yerinə Putin Belousovu gətirib?”

   İSV: “Niyə   Şoyqunun yerinə Putin Belousovu    gətirib?”
  13 May 2024    Oxunub:995
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı uzun sürən müharibəyə və NATO ilə mümkün qarşıdurmaya hazırlaşmaq üçün Müdafiə nazirliyinə iqtisadi məsələlər üzrə keçmiş köməkçisi Andrey Belousovu təyin etmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, ABŞ-nin Müharibə Tədqiqatı institutunun (İSV) analitiklərinin fikrincə, Belousovun hərbi təcrübəsi yoxdur, lakin 2012-ci ildən Müdafiə nazirliyinə rəhbərlik edən Sergey Şoyqu da orduda xidmət etməyib. Ona görə də, Belousovun Şoyqunun yerinə gətirilməsi anormal sayıla bilməz.

Ekspertlər bir vaxtalr Belousovun İqtisadi İnkişaf nazirliyinə rəhbərlik etməsinə və müxtəlif innovativ layihələrin olunmasında, o cümlədən dronların hazırlanmasında iştirakına diqqət çəkirlər. Bu reallıqlar bir növ onu Şoyqunun dövründə korrupsiya ittihamları ilə üzləşən Müdafiə nazirliyinə rəhbərlik etməyə hazırladı.

Hərbi analitiklərin fikrincə, Putin Belousovun təcrübəsindən hərbi və iqtisadi siyasətləri birləşdirmək üçün istifadə edə bilər.

“Belousov effektiv texnokrat kimi güclü imicə malikdir və daxili mənbələr onun Putinlə də müsbət münasibət sərgilədiyini deyirlər” , - analitiklər vurğulayırlar.

İSV-nin hesabatında bildirilir ki, Şoyqu və Patruşevin dəyişdirilməsi Putinin yüksək rütbəli təhlükəsizlik məmurlarına ölkənin təhlükəsizlik sahəsində periferik rollar verməklə onları səssizcə işdən çıxarmaq kimi ümumi siyasətinə də uyğundur. Əvvəllər o, eyni şəkildə uğursuz generallarını vəzifədən uzaqlaşdıraraq, onları birbaşa tabelikdən kənar periferik təhlükəsizlik və müdafiə vəzifələrinə təyin edib, bəzən isə onlara “günahlarını yuyub Putinin xidmətinə qayıtmağa” icazə verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şoyqu   Belousov  





Xəbər lenti