Karbohidrogen istehsalına 7 trilyon dollar sərmayə qoyulub

   Karbohidrogen istehsalına 7 trilyon dollar sərmayə qoyulub
  13 May 2024    Oxunub:1180
Dünyanın aparıcı bankları Paris iqlim sazişindən bəri qalıq yanacaq sənayesinə təxminən 7 trilyon dollar vəsait ayırıblar.
Bu Rainforest Action Network qeyri-kommersiya təşkilatının “Banking on Climate Chaos” adlı son illik tədqiqatında göstərilib. 2016-cı ildən neft, kömür və qaz sənayesinə yatırılan 6,9 trilyon dollarlıq vəsaitin yarısı qalıq yanacaq istehsalının artırılmasına yönəldilib.

Eyni zamanda, Amerika bank strukturları 2023-cü ildə bu seqmentin əsas investorları olub, istehsal gücünün artırılması üçün 705 milyard dollarlıq ümumi məbləğin 30%-ni təmin ediblər. Avropa İttifaqında liderlər Britaniya bankı Barclays (24,2 milyard dollar), İspaniyanın Santander (14,5 milyard dollar) və Almaniyanın Deutsche Bankı (13,4 milyard dollar) olub.

Paris İqlim Sazişi 2015-ci ilin dekabrında imzalanıb və ona 196 dövlət qoşulub. Onun çərçivəsində iştirakçı ölkələr dünya iqtisadiyyatının sənayedən əvvəlki inkişaf mərhələsi ilə müqayisədə orta illik temperatur artımının qarşısını almaq üçün yaxın onilliklərdə CO2 emissiyalarını könüllü şəkildə azaltmağı öhdələrinə götürdülər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti