40 yaşlı kişi qətlə yetirildi

40 yaşlı kişi qətlə yetirildi
  13 May 2024    Oxunub:848
May ayının 11-də saat 23 radələrində Ağcabədi rayonunda 1984-cü il təvəllüdlü Rauf Azər oğlu Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Tural Əhmədov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti