Paşinyanın deputatı: "Ermənistan dövləti kilsəyə güzəştə getməyəcək"

      Paşinyanın deputatı:    "Ermənistan dövləti kilsəyə güzəştə getməyəcək"
  13 May 2024    Oxunub:830
Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Arsen Torosyan ölkədəki xristian kilsəsinin 1700 illik tarixini məhv edilməli olan mif hesab edir. O, kilsəni erməni dövlətçiliyini məhv etməkdə günahlandırır.
"Xalqımız çox ağır talelərlə üzləşib. O, 1700 illik mifi tamamilə məhv etməlidir. Dövlətçilik yaratmaqla biz buna qismən nail olmuşuq", - Torosyan sosial hesabında yazıb.

Paşinyanın deputatı hesab edir ki, kilsə öz daxili və xarici qrup maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir və xalq buna yekun qiymət verməlidir.

“Kilsənin erməni dövlətçiliyinin məhvinə töhfəsi tükənəcək, Ermənistan Respublikası geri çəkilməyəcək”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti