Ərdoğan ABŞ səfərinin təxirə salınmasından danışdı

   Ərdoğan ABŞ səfərinin təxirə salınmasından danışdı
  12 May 2024    Oxunub:1169
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın “Kathimerini” qəzetinə ABŞ səfərinin təxirə salınma səbəbini açıqlayıb.
O, prezident Co Baydenin iş qrafikinin seçkilərə görə daha sıx olduğunu bildirib.

“Bizim ABŞ-yə səfərimiz iş qrafiklərimizin uyğun gəlməməsinə görə təxirə salındı. Bildiyiniz kimi, tezliklə ABŞ-da seçkilər keçiriləcək və cənab Baydenin görüşlərinin sayı artıb”.

Türkiyə prezidenti qeyd edib ki, bu cür səfərlər hər iki tərəf üçün əlverişli vaxtda edilir. O, uyğun bir tarixi təmin etmək üçün səylərin davam etdiyini deyib.

Qeyd edək ki, Ərdoğanın ABŞ-yə səfəri mayın 9-na planlaşdırılmışdı. Daha sonra Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keceli səfərin tarixinin təxirə salındığını bildirib. O, bunu vaxt çatışmazlığı ilə izah edib və Türkiyə -ABŞ arasında yüksək səviyyəli dialoqun davam edəcəyini deyib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti