Gürcüstanda yoluxma sayı 5 nəfər artıb

Gürcüstanda yoluxma sayı 5 nəfər artıb
  17 Avqust 2020    Oxunub:2135
Gürcüstanda son sutka ərzində daha 5 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 1341-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1092 pasiyent sağalıb, 17 nəfər dünyasını dəyişib. Hazırda karantində 7082, stasionar nəzarətdə isə 249 nəfər saxlanılır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti