Belarus hökuməti istefa verdi

 Belarus hökuməti istefa verdi
  17 Avqust 2020    Oxunub:5748
Belarus hökuməti prezident seçkilərinin rəsmi olaraq qalibinin elan edilməsindən əvvəl istefaya gedib.
Azvision.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Ölkə konstitusiyasının 106-cı maddəsinə və “Belarus Respublikasının Nazirlər Şurası haqqında” qanunun 9-cu maddəsinə uyğun olaraq hökumət yeni seçilmiş dövlət başçısına istefasını təqdim edir.

Bundan əvvəl Lukaşenko hökumətin sonrakı fəaliyyəti ilə bağlı sənədləri dərhal hazırlamağı tapşırıb. Həmin vaxt o, əsasən hökumətin formalaşdığını, eyni zamanda bəzi nüansların ola biləcəyini də istisna etməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti